Tariximiz…

“Ahmadoqlu” şirkəti olaraq 2001-ci ildə fəaliyyətə başladıq. Fabrikimizdə İtalyan, Alman avadanlıqlarında Avropa keyfiyyətini əks etdirən mətbəx mebellərini, TV stendləri, qarderobları istehsal etdik. Zamanla insanların evlərində yer taparaq onların güvənini, sevgisini qazandıq və ölkənin ən böyük brendinə çevrildik. Müştərilər sifarişi vaxtında çatdıran, mebelləri qüsursuz və keyfiyyətlə təqdim edən şirkətimizə tamamilə etibar edir. Hazırda "Ahmadoqlu” istehsalı mebellər ölkənin hər yerindən alıcılar tərəfindən seçilir. Çünki biz müştərilərin məqsəd və arzularını reallaşdırır, bol çeşidli, müxtəlif dizaynlı, funksional, zamanın tələbinə cavab verən mebellərlə həyatlarını daha rahat, zövqlü edirik…

Məqsədimiz…

Məqsədimiz həmişə artan məhsul və xidmətlərimizlə zövqünüzü oxşamaqdır. “Hər şey zövqdən başlayır” ifadəsini də məhz bunun üçün özümüzə sloqan olaraq seçmişik. Mebeldə arzulanan tərzi duya bilməyiniz üçün hər detalı xüsusi zövqlə hazırlayırıq. Missiyamız ən yaxşı xidmət göstərməklə büdcənizə, istəyinizə uyğun düzgün məhsul seçimi etməkdə sizə yardımçı olmaqdır. Çünki sizin məmnuniyyətiniz bizim nailiyyətimizin göstəricisidir!

Üstünlüklərimiz…

  • “Ahmadoqlu” mebel – mükəmməl dizayn, qüsursuz keyfiyyət və ən müasir avadanlığın əlverişli, rahat yerləşməsi deməkdir.
  • Məkanın hər millimetri maksimum istifadə olunur.
  • Mebellər fərdi ölçü götürülərək sifariş əsasında öz fabrikimizdə hazırlanır.
  • Zövqlə hazırlanmış mebellərdə funksionallıq ön plana çıxarılır, eleqantlıq və zərifliklə bütünləşdirilir.
  • Bol çeşidli, innovativ üslubları özündə əks etdirən, istənilən tələblərə uyğun mebellər, stendlər, qarderoblar münasib qiymətə təklif olunur.
  • Mebellər nağd və ya kreditlə, həmçinin Birkartla faizsiz kredit şərtləri ilə təklif olunur.
  • Keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri məmnunluğu əsas prioritetimizdir.